VƏFA TARVERDİYEVA : ATOPİK DERMATİTLİ XƏSTƏLƏRDƏ DƏRİYƏ QULLUQ QAYDALARI

ATOPİK DERMATİTLİ  XƏSTƏLƏRDƏ DƏRİYƏ QULLUQ QAYDALARI.


Qaşıntını ve səpkini ağırlaşdıran  səbəblərdən uzaq durun. Qaşınma cildi qıcıqlandırır. Qaşınmanın qarşısını almaq üçün bunlara diqqət  etmək  lazımdır.
📌Dırnaqlarınızı qısa,düz ve təmiz saxlayın. Qaşınma hiss etdikdə dərini nəmləndirin.
📌Həddən artiq isti, nəm, allergenlər, stres qaşıntı və səpkiləri artıra  bilər. 
📌Kimyəvi qıcıqlandırıcılardan uzaq durun.Bunlara aiddir ətirlər,sabunlar,yuyucu tozlar,siqaret,kosmetoloji vasitələr.
📌Yeni aldığınız geyimləri geyinmədən öncə mütləq yuyun.Daha çox pambıqdan hazirlanmış geyimlərə üstünlük verin.
📌Yandırıcı günəş şüaları altında gəzməyin.Qoruyucu faktoru yüksək olan günəş kremlərindən istifadə edin.
📌Allergenlərdən uzaq durun. AD-li xəstələrin böyük qismində qida allergiyasi ola bilər. Uşaqlarda süd,yumurta, yer fistiğı,fındıq,soya,balıq ekzemanı provakasiya edə bilər.
📌İnfeksiyalara qarşı diqqətli olun.Dəridə olan infeksiyalar AD gedişatını ağırlaşdırır.Qaşınan və tamlığı pozulan dəri infeksiyalar üçün açıq qapı rolunu oynayır.Dəridə hər hansi iltihab əlamatləri varsa həkiminizlə məsləhətləşin.

M.Mirqasımov adına Respublika Kliniki  Xəstəxana, Allerqologiya  şöbəsi, Azerbaycan Allerqoloqlar Immunoloqlar Immunreablitoloqlar cəmiyyətinin  üzvü  Allerqoloq Vəfa  Tarverdiyeva.