SOLMAZ HƏSƏNOVA – QARABAĞDADIR…

            Qarabağdadır..

Gəl mənə təsəlli vermə nə olur,
Qəlbin təsəllisi Qarabağdadır
Al -əlvan ormanlar, yaşıl yaylaqlar,
Könlümün nəşəsi Qarabağdadır

Demə ki, üzündə nədir bu kədər,
Yaşadım vətənsiz illəri hədər
Ömrümün baharın sardı qəm,qəhər
İlk eşqim, sevincim Qarabağdadır

“Xarı Bülbül” bitən şehli çəmənlər,
At belində gəzən ərlər, ərənlər
Qara gur hörüklü ,qızlar, gəlinlər
Namusum, ismətim Qarabağdadır

Sazım, sözüm, inildəyən kamanım,
Qəlbləri titrədən o, Cahargahım
Muğamım, Şikəstəm, Zabul seygahım
Dilimin nəğməsi Qarabağdadır.

Solmazın bu dərddən yandı ürəyi,
Qovruldu kül oıdu,arzu ,diləyi
Çağırın köməyə ,yatmış Fələyi !
Könlümün naləsi ,Qarabağdadır…

 

Pressaz.az