Maya Qasımova: QAYIDIR BU BAHAR…

QAYIDIR BU BAHAR

Sevdiyim qayıdır
Bu həsrət bitir.
Çatıram arzuma
Artıq bu bahar.
Hərbidən qayıdır
Sevdiyim insan.
Bir vüsal həsrəti
Bitir bu bahar.
Nişanlım qayıdır
Sənsizlik bitir.
Qayıdır bu bahar
Əsgər sevgilim.
Əlimə xına yaxıb
Çələng qoyum başıma.
Yolunu gözləyirəm
Mən kövrək arzularla.
Bu həsrət bitir
Yenə bu bahar.
Çərşənbə günü
Tutdum bir dilək.
Həyata keçsin
Bu Novruzadək.
Çin olsun artıq
Arzu diləyim.
Nişanlım qayıdır
Bu bahar mənim.
Ömrümə bahar gəlir…
Bu bahar…Bu bahar!…

 

Pressaz.az