Milli birlik və azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir


Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Azərbaycan xalqının Prezident İlham Əliyevə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Prezident İlham Əliyev şəffaflığın təmin edilməsində peşəkar və müstəqil medianın formalaşmasını şərt hesab edir. Dövlət başçısı söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnun təmin olunmasına yönəlmiş mühüm addım kimi KİV-lərin inkişafına və müstəqilliyinə dəstək vermək üçün xüsusi dövlət mexanizmi yaratdı. Hər il dövlət hesabına redaksiyalara birdəfəlik maliyyə yardımlarının göstərilməsinə başlandı. Mediaya dəstəyini getdikcə artıran Prezident 2010-cu ildə Mətbuat Şurasından edilən müraciətləri nəzərə alaraq jurnalistlər üçün Bakıda yaşayış binasının tikintisi haqda qərar verdi və bu bina 2013-cü ildə istifadəyə verildi.Dünya praktikasında ilk dəfə məhz Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verildi.
Hazırda ölkədə internet azadlığının təmin olunması da mühüm prioritetlərdən biridir. Artıq əhalinin 70 faizindən çoxunun internetə çıxış imkanı var. Prezident İlham Əliyevin Azərbaycanda söz və mətbuat azadlığının inkişafına dəstəyini yüksək qiymətləndirən media təmsilçiləri dövlət başçısını “Jurnalistlərin dostu” elan etdilər.


Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlarla, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir. 
“Əsl siyasət konkret real iş görməkdir” devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə inamlı addımlar atır.
Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında dəyərləndirilir, eləcə də dünya mətbuatında işıqlandırılır və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafı üçün həyata keçirdiyi tədbirlərlə bağlı vaxtaşırı olaraq nüfuzlu jurnallarda geniş məqalələr dərc olunur.

İham Əliyv bu ilin aprelin 11-də keçirilən növbədənkənar prerzident seçkilərində ən yüksək səs çoxluğu ilə qalib gəlməsi ilə bir daha sübut etdi ki, xalq onu hər zaman sevir, dəyərləndirir, güvənir.

Cənab Prezidentimizi səmimi qəlbdn təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür arzulayırıq.

 

Pressaz.az – Ramilə Məmmədova