İlham Əliyevin sahibkarlara dəstəyi

Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir.

Bunun nəticəsidir ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən sahibkarların sayı 4,2 dəfə artıb. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kreditlər verilib. Dövlət sahibkarlar üçün ən yaxşı tərəfdaşdır.
Sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər 2018-ci ildə də uğurlu nəticələr verir.
Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi göstərişlər, tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib. Bunun üçün də biz sahibkarlar daim Prezidentimizi dəstəkləyir və onunla fəxr edirik.

Novruz Əhmədov Beyləqan rayonu – sahibkar