53 SAYLI TAM ORTA MƏKTƏBDƏ 20 YANVARLA BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLİB

Pressaz.az xəbər verir ki,  Yasamal rayonu 53 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilən anım mərasimi keçirilib. Tədbirdə  məktəbin bir qrup müəllim kollektivi və şagirdləri iştirak edib. Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
Bundan sonra məktəblilər bayatılar, şeirlər söyləyib,  o qanlı gecədə baş verən hadisələri  səhnələşdirərək yenidən canlandırıblar.
Sonda tədbirdə iştirak edən məktəbin müəllimləri çıxış edərək o illərlə bağlı xatirələrini məktəblilərlə bölüşübilər. 
Pressaz.az -Könül Səssiz